ATMU-nun doktarantı Türkiyədə keçirilən elmi konfransda çıxış edib

Oktyabr ayının birinci ongünlüyündə Türkiyənin Kayseri şəhərinin Dəvəli bölgəsində “Uluslararası Dəvəli Aşıq Seyrani və Türk kültürü”mövzusunda elmi konfrans keçirilib. SİA ATMU-dən verilən xəbərə görə, Azərbaycan Turizm və Menecment Universitetinin doktorantı Bünyamin Qəmbərlinin “Azərbaycan qəhrəmanlıq dastanlarında fiziki mədəniyyət” və Türkiyəli prof. dr. Nəcati Dəmirin “Oğuzlar” mövzusuna həsr etdiyi çıxışa açıqlaması konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Türkiyənin Kayseri şəhərinin Dəvəli bölgəsində öz işini uğurla başa vuran “Uluslararası Dəvəli Aşıq Seyrani və Türk kültürü” mövzusundakı elmi konfransın gündəliyinə Türkiyə Respublikasından 70, Azərbaycandan 6, Qırğızıstan, Qazaxıstan, Yunanıstan və digər ölkələrdən 30 məqalə daxil edilib.

Konfrans materiallarının həm elektron, həm də kitab şəklində çap olunub geniş ictimaiyyətə çatdırılması qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə