Qazaxda Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi ilə bağlı tədbirlər keçirilib FOTOLAR

Qazax rayon E. Hüseynov adına Mərkəzi Kitabxana tərəfindən Azərbaycanın Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi ilə əlaqədar “İstiqlal şairi –Məmməd Araz” adlı fləşmob keçirib.

Tədbirdə kitabxananın Uşaq şöbəsinin əməkdaşları Məmməd Araz poeziyası barədə şəhər sakinlərinə məlumat verdilər. Fəal oxuculardan bir qrupu şairin “Dünya mənim, dünya sənin” , “Ata millət, ana millət, ağlama”, “Ayağa dur Azərbaycan”, “Bizi vətən çağırır” və başqa şeirlərini söylədi, latın və kiril qrafikası ilə nəşr olunmuş kitablarını nümayiş etdiriblər.

Tədbir tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

***

Qazax rayon MKS-nin təşkilatçılığı ilə Nəriman Nərimanov qəsəbə kitabxana filialı Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi münasibətilə “Vətən mənə oğul desə nə dərdim” adlı məruzə keçirilib.

Tədbirdə mədəniyyət işçiləri və fəal oxuculardan bir qrup iştirak edib. Tədbiri kitabxana filialın əməkdaşı Firuzə Vəliyeva açaraq Məmməd Arazın həyat və yaradıcılığından danışıb, şairin “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” fəxri adlarına, dövlət mükafatına layiq görüldüyünü və “İstiqlal” ordeni ilə təltif edildiyini bildirib. Qeyd edib ki, görkəmli söz ustadının xatirəsi indi də əziz tutulur.

Tədbir zamanı kitabxanaçı Cahan Qasımova, Folklor evinin müdiri Səlminaz Qurbanova məruzə ətrafında şairlə bağlı fikirlərini bölüşüblər.

Sonda fəal oxuculardan Osmanova Nahidə, Həsənova Simuzər, Hacılı Cəfər, Əliyeva Rəna Məmməd Arazın şeirlərini söyləyiblər.

***

Görkəmli şairin yubileyi çərçivəsində daha bir tədbir Qazax şəhər 1 nömrəli kitabxana filialı tərəfindən keçirilib.

Kitabxana filialında “Yeni kitablar” adlı sərgi təşkil edilib. Sərgidə Qazax şəhər S. Vurğun adına 2 nömrəli tam Orta Məktəbin müəllim və şagird kollektivindən ibarət qrup iştirak edib.

Sərgidə Azərbaycan və dünya yazarlarının əsərləri nümayiş edilib. Kitabxana filialın müdiri Fəridə Xudiyeva tədbir zamanı kitabın rolundan söz açıb, sərginin əhəmiyyətini vurğulayıb. Bildirib ki, sərginin məqsədi uşaqlarda kitaba sevgi aşılamaq, mütaliəyə həvəsləndirmək, onları milli dəyərlərimizə bağlamaq və bu dəyərlərimizi yaşatmaq, ölkəmizdə son illərdə nəşr olunan kitablarla tanış etməkdir.

Tədbirdə kitabxana filialının əməkdaşı Sevinc Nəbiyeva çıxış edərək kitabın, mütaliənin əhəmiyyətindən, uşaqlar üçün kitabların onların gələcəkdə müstəqil Azərbaycanımıza layiq bir vətəndaş kimi böyüməsindən, dünyagörüşlərinin formalaşmasındakı rolundan danışıb.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. “Nağıllar aləmində”, “Sizin sevimli yazıçılarınız”, “Azərbaycan - yurdum mənim” və s. başlıqları altında tərtib olunan sərgi maraqla qarşılanıb.

Qeyd edək ki, tədbirin sonunda kitabxanaya yeni oxucular üzv yazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...