“Paralel” adlı tədbir–sərgi keçiriləcək

Oktyabrın 17- də Azərbaycan İstiqlal Muzeyində dövlət müstəqilliyimizin bərpasının 27–ci ildönümü münasibətilə “Paralel” adlı tədbir–sərgi keçiriləcək.

Muzeydən SİA bildirilib ki, sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin və Müstəqil Azərbaycan Respublikasının fəaliyyətini və inkişafını özündə əks etdirən 40–dan çox fotoşəkil nümayiş etdiriləcək.

Tədbirdə Təhsil Nazirliyi Gənclərin Respublika bədii yaradıcılıq evinin tələbələrinin hazırladığı maraqlı bədii proqram təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə