Beynəlxalq dərəcəli fotoqrafın sərgisi açılacaq

Oktyabrın 19-dan 21-dək Bakıda “Qalereya 1969”da “Photo magic of stars” fotosərgi açılacaq və “Beynəlxalq Foto Birliyinin (Global Photographic Union-GPU) üzvləri ilə görüşlər təşkil ediləcək. Fotoqraflar Birliyindən SİA bildirilib ki, sərgidə beynəlxalq dərəcəli, foto sahəsində uğurlar qazanmış əlli müəllifin işləri nümayiş olunaca.

Sərgi iştirakçıları “Beynəlxalq Foto Birliyi”nin üzvləri ilə yaxından tanış olmaqla yanaşı, GPU haqqında bilgilər əldə etmək imkanı da qazanacaqlar.

Məqsəd gələcəkdə Azərbaycan fotoqraflarını beynəlxalq səviyyəli tədbirlərdə iştirakını təmin etmək, yaradıcılıq mübadiləsinə nail olmaq, milli mədəniyyətin təbliğinə dəstək verməkdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...