Timur Əsgərovun iştirakı ilə Mariya Teatrında balet oynanılacaq

Oktyabrın 9-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Feliks Mendelson Bartoldinin “Yay gecəsində yuxu” ikihissəli baleti nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, səhnə əsərində Oberon obrazını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov canlandıracaq.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet, Ukrayna Milli Akademik Opera və Balet teatrlarında çalışıb. 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə