Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında kitab, mütaliə, kitab nəşri və kitabyayımı məsələləri daima diqqət mərkəzindədir. Bu məqsədlə 2018-ci ilin avqust ayından başlayaraq kitabxananın oxucuları və istifadəçiləri arasında sosioloji sorğu keçirilir, fikir mübadiləsi aparılır.

Kitabxanadan SİA-ya bildirilib ki, qurumun növbəti önəmli addımlarından biri kitab və mütaliə problemlərinin müzakirəsi üçün “Kitab və onun gələcəyi” adlı tribunanın təşkilidir. Tribunada alimlər, yazıçı və şairlər, ictimaiyyət nümayəndələri, ziyalılar, fəal

oxucu və istifadəçilər çıxış edəcəklər. Burada müsahibələr və diskussiyalar, “dəyirmi masa”lar, söhbətlər təşkil olunacaq.

Kitabxanada ilk söhbət Azərbaycan Yazıçılar Birliyinin üzvi, “Ulduz” jurnalının publisistika şöbəsinin redaktoru, yazıçı-publisist Hicran Hüseynova ilə olub.

Kitabxana ilə tanış olan yazıçı ona verilən sualları cavablandırıb, kitab və mütaliənin aktual problemlərinə xüsusi diqqət yetirərək maraqlı məlumatlar verib. Müsahibənin mətni kitabxananın veb-saytında yerləşdirilib.

Layihənin ideya müəllifi və rəhbəri Yasamal rayon MKS-nin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru, “İnformasiya hamı üçün” UNESCO Proqramının Azərbaycan Komitəsinin sədri Lətifə Məmmədovadır. Layihənin əlaqələndiricisi isə Leyla Abdulrəhimovadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...