“KİRPİ” uşaq yumoristik kinojurnalının ilk buraxılışı VİDEO

“KİRPİ” kinojurnalı maariflədirməklə yanaşı, ekranlaşdırılmış sağlam yumoru düzgün formada uşaqlara çatdırmaq üçün yaradılıb. SİA-nın məlumatına görə, “KİRPİ” uşaq yumoristik kinojurnalı EJ Productionun ilk məhsuludur, kinojurnalın yaradıcısı və rəhbəri Cavid Şahbazbəyovdur, rejissoru Səməndər Rzayev, operatoru Rüstəm Məmmədov, koordinatoru Ceyhun Xalıqov, rəng və qrafika işi Fərid Əhmədov, rəssam işi isə Nəriman Abdul-Əliyevə məxsusdur. Layihənin baş sponsoru “Zeytun Bağları” Ticarət Markasıdır.

Kinojurnalın rəhbəri Cavid Şahbazbəyov bu haqda məlumat verib: "Uşaqlar yeni nəsil, yeni nəfəs, Azərbaycanın gələcəyidir, bu məqsədlə “KİRPİ” ilk uşaq yumoristik kinojurnalı sürətlə inkişaf dövrü yaşayan ölkəmizdə, müasir zəmanə ilə ayaqlaşaraq ətraf mühitdə, gündəlik həyatda baş verən hadisələri, məişət problemləri uşaqların dili ilə, yumorla tamaşaçıya çatdıracaq. İlkin olaraq kinojurnalımız rəsmi “KİRPİ” kanalında nümayiş olunacaq, lakin gələcəkdə tamaşaçılar “KİRPİ”ni televiziya verilişi formatında və ölkənin kinoteatrlarında izləyə biləcəklər”.

Bütün xəbərlər Facebook səhifəmizdə