Yaponiyanın ən tanınmış avanqard teatrı “YARAT”da tamaşa təqdim edəcək

Noyabrın 8-də “YARAT” Müasir İncəsənət Mərkəzində Çiten Teatrının “Vanya dayı” tamaşası təqdim olunacaq. SİA-nın məlumatına görə, tamaşa M.A.P Festivalı çərçivəsində reallaşacaq. Qeyd edək ki, Çiten teatrı (yapon dilindən chiten “yerləşmə nöqtəsi” deməkdir) – Yaponiyada ən tanınmış avanqard teatrlardan biridir. Teatrın bədii rəhbəri Motoi Miura öz tamaşalarında texnika və rejissuranın yeni sərhədlərini mənimsəyir.

Realizmdən bilərəkdən imtina etməklə, o, truppanın məşqlərini və tamaşalarını improvizasiyalar üzərində quraraq, mürəkkəb və kompleks pərdə yaradır. Klassik ədəbi mənbələrə müraciət edən Miura, eyni zamanda sərbəst çıxışlara da imkan verir. O, personajların replikalarını qarışdırmaqla, səhnələrin ardıcıllığını dəyişməklə və tamaşada iştirak edən bir çox obrazları çıxarmaqla, mövcud materialdan özünəməxsus kollaj yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə