Bakıda məşhur müğənnilərin iştirakı ilə musiqi festivalı

Oktyabrın 6-da "Elektra Events Hall"da yerli şou-biznes ulduzlarının iştirakı ilə Ultra Musiqi Festivalı adlı əyləncə gecəsi keçiriləcək. SİA-nın məlumatına görə, proqramda müğənnilər Röya Ayxan, Murad Arif, reperlər Rauf Əhmədov, Ramil Nabran, Nadir Nağd Pul, Okaber və Fearless çıxış edəcək. Biletlərin qiyməti 30-100 manat arası dəyişir. Biletləri şəhərin bütün kassalarından - "28 Mall", "Gənclik Mall" ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.iticket.az saytından əldə edə bilərsiniz. Festival saat 19:00-da başlanacaq. Əlaqə nömrələri: (050) 880 40 93, (070) 829 02 43, (050) 518 70 36

Bütün xəbərlər Facebook səhifəmizdə