Əbülfəs Qarayev Rusiya mədəniyyət nazirinin müavini ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini Pavel Stepanovla görüşüb. SİA-nın məlumatına görə, görüş çərçivəsində 2019-2020-ci illərdə Azərbaycan Respublikası və Rusiya Federasiyasında qarşılıqlı mədəniyyət mövsümlərinin keçirilməsi ilə bağlı razılığın əldə edilməsindən əlavə bir sıra digər məsələlər müzakirə edilib.

Müzakirələr zamanı müştərək film çəkilişinin həyata keçirilməsi, müvafiq təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən, teatr sahəsində çalışan gənc kadrların mübadiləsi, xoreoqrafiya tədris ocaqları arasında qarşılıqlı əməkdaşlıq imkanlarının nəzərdə keçirilməsi məsələləri qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...