Muğam Mərkəzində gənc solistlərin konserti olub

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu il 10-cu dəfə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı maraqlı konsert proqramları və musiqi layihələri ilə davam edir. SİA-nın məlumatına görə, festival çərçivəsində növbəti konsert proqramı sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində təqdim olunub. “Zirvəyə doğru” adlı konsertdə gənc solistlər Zülfiyyə Sadıqova (piano) və Azər Dəmirovun (violin) ifaları dinlənilib.

Konsert proqramında İ.Bramsın sonataları, F.Listin iki saylı konsert etüdü, Murad Kajlayevin fortepiano üçün prelüdləri, Qara Qarayevin “Yeddi gözəl” baletindən Adagio ariyası və Fikrət Əmirovun “Muğam poema”sı səsləndirilib.

Gənc ifaçıların çıxışı maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə