Bakıda “Peru Andlarının mənzərələri” adlı sərgi açılacaq

Sentyabrın 25-də “Art Tover” rəsm qalereyasında “Peru Andlarının mənzərələri” adlı fotosərgi açılacaq. SİA-nın məlumatına görə, sərgi Perunun Azərbaycandaki səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyinin və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə gerçəkləşəcək.

Sərgidə dörd Peru rəssamı- Hugo Suyo Medina, Evaristo Cayo, Guzman Emilio Huanca Yanariko və Darvin Chavezinin əsərləri nümayiş ediləcək.

Rəssamların hər biri özlərinəməxsus olaraq möhtəşəm And dağlarının əzəmətliyini əsərlərində əks etdiriblər. Hər kəsin tanış ola biləcəyi sərgi oktyabrın 6-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə