Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında yeni mövsümün açılışı olub

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən konsertlə yeni mövsümün açılışı olub. SİA-nın məlumatına görə, Dövlət Estrada-Simfonik Orkestrinin konserti Milli Musiqi Gününə həsr edilib.

Konsertdə respublikanın Əməkdar artistləri Xəyyam Mustafazadə, Aygün Zeynalova, Xalq artisti Gülyanaq Məmmədova və digər müğənnilər çıxış ediblər. Onların ifasında Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Arif Məlikov, Rauf Hacıyev, Niyazi və Müslüm Maqomayevin əsərləri, habelə xalq mahnıları səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə