Murad Kajlayevin əsərlərindən ibarət konsert olacaq

Sentyabrın 21-də Heydər Əliyev Sarayında SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq. Saraydan SİA-ya bildirilib ki, Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə Rusiyanın Xalq artisti, dirijor Murad Annamamedovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.

Xatırladaq ki, səkkiz gün davam edəcək festival çərçivəsində bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərinin yaradıcılığına həsr olunan konsertlər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə