"UNESCO-nun araşdırıcı komissiyası Azərbaycana gələcək"

Sentyabrın axırlarında ölkəmizə UNESCO-nun araşdırıcı komissiyası gələcək. Araşdırıcı komissiyası gələn il Bakıda keçiriləcək UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla bağlı Təşkilat Komitəsinin işləri ilə tanış olacaq və görüşlər keçirəcək. SİA-nın məlumatına görə, bu fikri UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

“Araşdırıcı komissiya oktyabrın əvvəlində qərar qəbul edəcək və ölkəmizlə UNESCO arasında ev sahibliyi ilə bağlı müqavilə bağlanacaq. Bu müqavilə artıq bizim üçün strateji yol xəritəsi kimi qəbul olunmalı və burada əks olunan məsələləri ciddi yerinə yetirməliyik”, - deyə nazir bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə