Ukraynanın paytaxtı Kiyev şəhərində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 76-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. SİA xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi və Ticarət Evinin kollektivi Müslüm Maqomayev adına parka gələrək onun abidəsi önünə tər çiçəklər düzüblər.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev abidə önündə çıxış edərək bildirib ki, Ukraynada Müslüm Maqomayevin xatirəsi ehtiramla anılır. Sənətə və əsl sənətkara hörməti olan ukraynalılar Müslüm Maqomayevin adını daşıyan parka gələrək, onun abidəsi önünə tər güllər düzürlər. O nəinki azərbaycanlıların, bütün dünya xalqlarının qəlbində elə sevgi abidəsi ucaldıb ki, bu gün də sevilir, anılır.

Bütün xəbərlər Facebook səhifəmizdə