Daha bir nəfər İTV-də işdən çıxarılıb

İTV-nin Gənclər, Elm və Təhsil Departamentinin direktoru Rauf Rəcəbov işdən çıxarılıb. SİA-nın məlumatına görə, onun işdən azad olunması ilə bağlı ərizəsi bir neçə gün əvvəl alınıb.

Məlumata görə, İTV-nin yeni rəhbəri Balakişi Qasımovun göstərişi ilə R.Rəcəbovla yanaşı bir neçə nəfər də vəzifəsini itirib.

Qeyd edək ki, Rauf Rəcəbov ctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm və Təhsil Departamentinin direktoru, eyni zamanda İTV-də yayımlanan "Sənədli Detektiv" verilişinin müəllifi və aparıcısı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə