Rusiyanın xalq artisti 66 yaşında vəfat edib

Rusiyanın teatr və kino aktyoru Anatoli Uzdenski vəfat edib. Kult.az xəbər verir ki, 66 yaşlı aktyor Novosibirskdə məzuniyyətdə ikən qəfil dünyasını dəyişib. Aktyorun Moskvada dəfn olunacağı bildirilsə də, dəfn mərasiminin yeri və tarixi haqda məlumat verilməyib.

Qeyd edək ki, 50-dən çox film və seriala çəkilən Rusiyanın xalq artisti Uzdenski 1952-ci ildə anadan olub.

Bütün xəbərlər Facebook səhifəmizdə