Cəfər Cabbarlının seçilmiş hekayələri Türkiyədə nəşr olunub

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir. SİA-nın məlumatına görə, bu günlərdə layihə üzrə görkəmli dramaturq, şair Cəfər Cabbarlının “Aslan və Fərhad”, “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Qara Qənbər”, “Gülzar”, “Dilarə”, “Dilbər”, “Papaq”, “Gülər” və “Firuzə” hekayələrindən ibarət kitab nəşr olunub. Şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevirilən və “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunan kitab Türkiyəli oxucuların marağı ilə qarşılanıb.

Qeyd edək ki,Türkiyənin “Sabah” qəzetinin iyul ayının “Kitab” əlavəsində “Azərbaycan kitablarının Türkiyədə yüksəlişi” adlı məlumatda Cəfər Cabbarlının “Hekayələr” kitabı öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə