Rusiya kanalı “Jara-2018” festivalının nümayişini davam etdirir FOTOLAR

Rusiya Televiziyasının Birinci kanalı “Jara-2018” Beynəlxalq Musiqi Festivalının nümayişini davam etdirir. SİA-nın məlumatına görə, festival çərçivəsində keçirilmiş növbəti konsert proqramı televiziya tamaşaçılarına avqustun 10-da təqdim olunacaq.

Xatırladaq ki, avqustun 3-də Rusiya telekanalında festivalın birinci gününün konserti göstərilib.

İyulun 26-dan 29-dək Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində keçirilmiş festivalda 75 ifaçı, eləcə də 1200-dən çox musiqiçi iştirak edib. Festival dörd gün ərzində şəhərin mədəni həyatına özünəməxsus hərarət, coşqunluq gətirib. Bu musiqi bayramında həm yaşlılar, həm də gənclər öz zövqlərinə uyğun musiqini dinləmək imkanı qazanıblar.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə