“Jara-2018”də qırmızı xalı mərasiminin musiqi tərtibatı kimə həvalə olundu?

İyulun 26-dan 29-dək Bakıda “Jara-2018” Beynəlxalq Musiqi Festivalında qırmızı xalı mərasiminin musiqi tərtibatına DJ Shockin əməyi böyük olacaq. SİA-nın məlumatına görə, məhz onun şövqlü treklərinin sədaları altında ulduzlar səhnəyə çıxacaq, festivaldan, şəxsi həyatlarından və yaradıcı fəaliyyətlərindən söhbət açacaqlar.

Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə