“Uğurlu qadın, uğurlu gələcək” layihəsi FOTOLAR

Coca-Cola, ASAN könüllüləri və Azərbaycan Turizm və Menecment Universitetinin dəstəyi və təşkilatçılığı ilə qadınların turizm sahəsində təşəbbüslərinə yaşıl işıq yandırmaq mədsədilə “Uğurlu qadın, uğurlu gələcək” layihəsi çərçivəsində ilk component təlimlərə start verilib. Azərbaycanın əsas turizm marşrutları üzrə nəzərdə tutulan 6 günlük təlimlərin gündəliyinə turizmin əsasları və idarəçiliyi, müştəri xidməti, gigiyena kimi bir sıra maraqlı mövzular daxil edilib.

ATMU-dan SİA-ya verilən məlumatda bildirilib ki,Coca-Cola Fondunun dəstəklədiyi “Uğurlu qadın, uğurlu gələcək” layihəsi turizm potensialı ilə zəngin olan Qəbələ, Gəncə, Masallı şəhərlərini və ətraf bölgələri əhatə edəcək. Layihənin məqsədi bölgə qadınlarını təlimlərə cəlb etməklə, turizm biznesinə həvəsləndirib, bu sahədə dövlət siyasətinə və biznes təşəbbüslərinə dəstək olmaqdan ibarətdir. Tədris Türkiyənin tanınmış mütəxəssisləri və Azərbaycan Turizm və Menecment Universitetinin professor-müəllim heyəti tərəfindən hazırlanan müştərək proqram əsasında ödənişsiz həyata keçirilir, Onu da qeyd etmək lazımdır ki,adıçəkilən layihə ASAN Könüllüləri tərəfindən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri- Gender bərabərliyinə nail olmaqla, bütün qadın və qızların səlahiyyətlərinin genişlənməsi müstəvisində həyata keçirilir.

“Uğurlu qadın,uğurlu gələcək” layihəsi çərçivəsində təşkil olunan təlimlər 16-20 iyul tarixlərində Qəbələdə, 22-27 iyul tarixlərində Gəncədə, 6-11 avqust tarixlərində isə Masallıda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə