“Art Tover” rəsm qalereyasında növbəti sərgi

“Art Tover” rəsm qalereyasında “Yay festivalı 2018” çərçivəsində gənc rəssam İlahə Qəribovanın növbəti rəsm sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgi “ “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dövlət Rəsm Qalereyası, Mədəniyyət Nazirliyinin və “Arts Council Azerbaijan” təşkilatının dəstəyi ilə reallaşıb.

Fırça ustasının “Danışan gözlər” adlı fərdi sərgisində müxtəlif mövzulu 30-dan artıq sənət əsəri nümayiş edilir. Sərgi bir həftə ziyarətçilər üçün açıq elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə