“Yuğ” Teatrı mövsümə yeni tamaşa ilə yekun vurub

“Yuğ” Dövlət Teatrı mövsümə A.P.Çexovun əsəri əsasında hazırlanmış “Təklif” tamaşası ilə yekun vurub. SİA-nın məlumatına görə, rejissor Günay Səttarovanın quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı Əməkdar Rəssam Rəşid Şerif, musiqi tərtibatçısı Əməkdar Artist Vüqar Camalzadədir.

Xronometrajı 1 saat 15 dəqiqə olan tamaşada Əməkdar Artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış ediblər.

Səhnə əsərinin məğzi belədir: Kişi olmayan cəmiyyətdə qadınlar solğunlaşır, qadın olmayan cəmiyyətdə kişilər axmaqlaşır. Qadın-kişi mübarizəsi, toqquşmaları həyat tərzidir, gerçəkliyin normasıdır. Gerçəkliksə bir lətifə üzərində qurulub. Hər kəsin bunu anlaması üçün öz yaşamına nəzər salması kifayətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...