İyulun 20-də "YARAT" Müasir İncəsənət Mərkəzi "Yay klassikası" adlı konsert proqramını təqdim edəcək. SİA xəbər verir ki, konsertdə məşhur bəstəkarlar İohan Sebastyan Bax, Lüdviq van Bethoven və Jül Massnenin bənzərsiz musiqilərinə yer veriləcək. Konsert proqramında musiqisevərlər gənc ifaçılar Günel Bəkirova (piano) və Aydan Salamovanın (skripka) təqdim edəcəyi musiqi nömrələrini dinləyə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə