Mədəniyyətin inkişafı naminə elmi potensialın inteqrasiyası FOTOLAR

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Elmi katiblərin I məsləhətləşmə xarakterli görüşü keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ümumilikdə 18 mədəniyyət, elm və ali təhsil müəssisəsi, o cümlədən AMEA-nın Fəlsəfə İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Folklor İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Qafqazşünaslıq İnstitutu, Bakı Dövlət Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, habelə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyində çalışan elmi katiblər iştirak edib.

Tədbirin əvvəlində Azərbaycan Milli Elmlər Akademiyasınınnın Fəlsəfə İnstitutu ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sözügedən memorandumun məqsədi və əhəmiyyəti barədə Fəlsəfə İnstitunun direktoru İlham Məmmədzadə çıxış edib. Bildirib ki, bu memorandum elm, təhsil və mədəniyyətin ortaq fəaliyyətinə xidmət edəcək.

Daha sonra Mərkəzin direktoru Asif Usubəliyev gələcəkdə birgə görüləcək işlər və həyata keçiriləcək tədbirlər barədə fikirlərini bildirib. Qeyd edib ki, elmi katiblərin peşə birliyi mədəniyyət sahəsinə elmi potensialın cəlb edilməsi fəaliyyətimizi daha böyük və lazımlı nəticələrə gətirəcək.

Tədbirin ikinci hissəsində ilk dəfə təşkil olunan Elmi katiblərin I məsləhətləşmə xarakterli görüşünün keçirilməsinin məqsədi barədə mərkəzin elmi katibi Cavid Əliyev məlumat verib.

Disskusiya formatında davam edən tədbirdə mədəniyyət məsələləri ilə bilavasitə məşğul olan sahələr arasında əməkdaşlığın genişləndirilməsi, sahələrarası koordinasiyanın təşkili, qarşıya qoulmuş vəzifələrin icrası və mövcud problemlərin effektiv həlli məqsədilə müvafiq işçi qrupunun yaradılması təşəbbüs kimi irəli sürülüb.

Novbəti görüşlərdə mədəniyyətin aktual məsələlərina dair həsr olunmuş mövzuların müəyyənləşdirilməsi iştirakçılar tərəfindən qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə