Şəmkir regional mərkəzdə səyyar seminar-treninqə start verilib FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin Səyyar yay seminar- treninqlərinin keçirilməsi haqqında müvafiq əmrinin icrası ilə bağlı Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birlikdə Şəmkir regional mədəniyyət idarəsində abidə mühafizəçiləri üçün növbəti səyyar seminar-treninqə start verilib. SİA-nın məlumatına görə, 40 saatlıq tədris planı əsasında təşkil olunan seminar-treninqdə əhatə olunan rayonlar üzrə 31 nəfər abidə mühafizəçisi iştirak edir. Treninqdə müzakirə olunan mövzular Mədəniyyət haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri, eyni zamanda “Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında” qanun və bu qanundan irəli gələn vəzifələrin yerinə yetirilməsi ,Tarix və mədəniyyət abidələrinin anlayışı və təsnifatı, Abidələrin pasportlaşdırılması, siyahıya alınması və s. məsələləri əhatə edir. Treninqə mütəxəssis-müəllim olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu, Tarix elmləri üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov da cəlb olunub.

Qeyd edək ki, 10 iyul-14 iyul 2018-cı il tarixində Şəmkir regional mərkəz olmaqla Göygöl, Gədəbəy və Daşkəsən rayonlarını əhatə edən Abidə mühafizələri üçün “Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri” mövzusunda təşkil edilmiş səyyar seminar-treninq bu gün saat 12-də öz işinə başlayıb. Treninq Mərkəzin direktoru Ramazan Şabanov tərəfindən açıq elan edilib. Açılışda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Arif Əliyev, Şəmkir Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Sənan Məmmədli, Mərkəzin səyyar tədrisin təşkili bölməsinin müdiri Turan Məmmədova və həmin bölmənin metodisti Türkan Həsənova da iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə