"Qara Qarayevin 100 illik yubileyi" münasibətilə konsert keçirilib FOTOLAR

Xaçmaz Heydər Əliyev Mərkəzində Xaçmaz Regional Mədəniyyət İdarəsinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə əməkdaşlığı çərçivəsində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Akademiyanın prorektoru Gülnaz Abdullazadə Qara Qarayevin yaradıcılığından bəhs edib.

Daha sonra dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edən video-çarx nümayiş olunub. Tədbirdə Musiqi akademiyasının müəllim, doktorant və tələbələrinin ifası dinlənilib.

Qeyd edək ki, belə konsertlərin gələcəkdə regionun digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə