ATMU-da Qazaxıstanın Mədəniyyət və idman nazirinin müavini ilə görüş keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində Qazaxıstan Respublikasının Mədəniyyət və idman nazirinin müavini xanım Maynura Murzamadiyeva ilə görüş keçirilib. ATMU-nun Tədris işləri üzrə prorektoru İranə xanım Əliyeva hörmətli qonağa universitetin yaranma tarixi, tədris prosesinin təşkli, mövcud beynəlxalq əlaqələr sferasında inkişaf tendensiyalı planlar barədə məlumat verib.Universitetin mətbuat xidmətindən SİA-ya bildirilib ki, İ.Əliyeva ilə M.Murzamadiyevanın görüşündə iki ölkənin ali təhsil müəssisələri arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi məsələsinə xüsusi önəm verilib.

Görüşün digər iştirakçıları-Turizm və qonaqpərvərlik fakültəsinin dekan əvəzi Bahadur Bilalov, Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev və Biznes idarəçiliyi fakultəsinin dekanı Anar Mirzəyev isə rəhbəri olduqları strukturların fəaliyyətindən danışıblar. Görüş universitetə daxili tur və xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə