Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına yenidən ev sahibliyi edəcək

Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Şəki şəhərində iyunun 27-dən iyulun 1-dək Şəki "İpək Yolu" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bu barədə SİA-ya Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, musiqi festivalının "müqəddiməsi" olaraq iyunun 25-də Bəstəkarlar İttifaqında Azərbaycan bəstəkarlarının kamera musiqisindən ibarət konsert və gənc rəssamların sərgisi təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə