Milli Kitabxanada “Nigar Rəfibəyli-105” adlı sərgi açılıb

Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tərcüməçi, Əməkdar Mədəniyyət İşçisi, Xalq Şairi Nigar Rəfibəylinin anadan olmasının 105 illiyinə həsr edilən sərgi açılıb. SİA-nın məlumatına görə, “Nigar Rəfibəyli-105” adlı sərgidə şairənin Azərbaycan və xarici dillərdə nəşr edilmiş kitabları, tərcümə və tərtib etdiyi, redaktoru olduğu kitablar, sözlərinə yazılmış mahnıların yer aldığı nəşrlər, haqqında yazılan kitablar, dövri mətbuat materialları nümayiş etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə