Vasif Talıbov fotoqrafın əsərlərini kimlərə hədiyyə etdi? FOTOLAR

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə əvvəl teatrın foyesində fotoqraf Hüseyn Bağırovun “Mənim Naxçıvanım” fotosərgisinə baxış olub. Naxçıvanın bütün gözəlliklərini, özünəməxsus təbiətini və müasir inkişafını nümayiş etdirən fotolar maraqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Haçadağ”ın fotoşəklini İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycriyə, Batabatın fotoşəklini isə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi Düsen Kaseinova hədiyyə edib.

Məlumat üçün bildirək ki, H.Bağırovun ilk dəfə mayın 22-də Bakıda Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonu - “Gallery-1969”da “My Nakhchivan” (“Mənim Naxçıvanım”) adlı fotosərgisi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə