Bakıda musiqi bayramı keçirilib FOTOLAR

“YAY” qalereyasında musiqi bayramı təşkil olunub. SİA-nın məlumatına görə, tədbir Fransanın ölkəmizdəki səfirliyi və Fransız İnstitutu tərəfindən, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, YARAT Müasir İncəsənət Məkanı, “Street Food” festivalı və “Maks Events”in birgə iştirakı ilə reallaşıb.

Tədbir Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin tələbələrinin konserti ilə açılıb. Onların ifasında pop və bəstəkar mahnıları səsləndirilib. Qeyd edək ki, yay fəslinə düşən bu bayram küçələrdə, ictimai park və bağlarda, binaların həyətlərində və ictimaiyyətə digər açıq yerlərdə qeyd olunur. Musiqi ifası, həmçinin Bakının küçələrində səsləndiriləcək, İçərişəhərin dar küçələrini canlandıracaq, Fəvvarələr meydanı və Nizami küçəsi boyunca yayılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə