Azərbaycanın ilk inklüziv “ƏSA” teatrı iyulun 7-də Akademik Opera və Balet Teatrında mövsümün sonuncu premyerasını təqdim edəcək. Bu barədə SİA-ya teatrın baş meneceri Nicat Qulam məlumat verib. Bildirib ki, görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən tamaşa Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə hazırlanıb.

Nicat Qulam qeyd edib ki, “Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir. Tamaşaçılar premyerada dramaturqun ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşanı izləyəcəklər.

Biletləri iTicket.az onlayn bilet satışı portalı, “Gənclik Mall”, “28 Mall” və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Qeyd edək ki, tamaşanın maliyyə dəstəkçisi Azərbaycan Gənclər Fondu, bədii rəhbəri Nihad Qulamzadə, quruluşçu rejissoru Elşən Əsgərov, baş prodüseri Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadə, quruluşçu rəssamı Vüsal Rəhim, işıq rəssamı Binyamin Sailov, qrafik dizayner Vəfa Hacıiğlu, surdo (işarət dili) tərcüməçisi Nuranə Abıyevadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...