“Qanadlı xatirələr. Leyla Vəkilova” filminin təqdimatı olacaq

İyunun 20-də “YARAT” Müasir İncəsənət Mərkəzində Xalq Artisti Leyla Vəkilovanın xatirəsinə həsr olunmuş “Qanadlı xatirələr. Leyla Vəkilova” sənədli filmi təqdim olunacaq. SİA-nın məlumatına görə, ekran əsərinin rejissoru Babək Abbaszadə, layihənin ideya müəllifi, Leyla Vəkilovanın tələbəsi rəqqas, xoreoqraf, Əməkdar Artist Samir Səmədovdur.

Qeyd edək ki, səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olan L.Vəkilova əvvəlcə Tatyana Amiraqo və Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib.

1943-cü ildə məktəbi uğurla bitirdikdən sonra Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist qəbul edilib.

Görkəmli balet ustası ömrünün sonunadək Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnindən dərs deyib və 1992-ci ildən həm də bu təhsil ocağının bədii rəhbəri olub. O, həmçinin 1976-1982-ci illərdə Azərbaycan Dövlət Rəqs Ansamblının rəhbəri vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə