Rumıniyanın Böyük Birliyinin 100 illiyi münasibətilə sərgi açılacaq

İyunun 20-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Rumıniyanın Böyük Birliyinin 100 illiyi münasibətilə “Böyük Birlik: Birinci Dünya müharibəsindəki qələbədən böyük Rumıniya hökmdarlarının taclandırılmasına qədər” adlı fotosərgi açılacaq. SİA-nın məlumatına görə, sərgi Milli Kitabxananın əməkdaşlığı, Rumıniyanın ölkəmizdəki səfirliyi və İstanbuldakı “Dimitrie Kantemir” Mədəniyyət İnstitutunun təşkilatçılığı ilə reallaşacaq.

Sərgi iyulun 10-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə