ADGTT beynəlxalq festivalda uğurla iştirak edib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov “Vidlunya” Beynəlxalq Monodram Festivalının təşkilat komitəsinin dəvəti ilə iyun ayının 5-dən 16-dək Ukrayna Respublikasının Xmelnitski və Çerniqov şəhərlərində keçirilən “Vidlunya” adlı XX Beynəlxalq Monodram Teatr Festivalında P. Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib. SİA-nın məlumatına görə, Ukraynanın “Kut Mono” teatrında keçirilən festivalda Azərbaycanlı aktyor festivalın “Ən yaxşı səhnə həlli və aktyor oyunu” nominasıyasında diploma layiq görülüb.

Səfər təəssüratlarını bölüşən Əməkdar artist bildirib ki, festivalda Qırğızıstan, Kosova, Ukrayna, Moldova, Polşa, İzrail kimi ölkələr iştirak edib. Festival çərçivəsində hər gün iki tamaşa nümayiş olunub və tamaşalardan sonra görkəmli teatr xadimlərindən ibarət heyət hər bir tamaşanın müzakirəsini və təhlilini aparırdı. Festivalda yerlər olmadığı üçün sadəcə nominasiyalar üzrə diplomlar təqdim edilirdi. Ukraynanın telekanallarında festival haqqında geniş reportajlar verilib və bu reportajlarda Azərbayc haqqında sujetlər hazırlanıb. Bu süjetlərdə müsahibə zamanı Əməkdar artist Şövqi Hüseynov Azərbaycan mədəniyyəti və Azərbaycan teatrı haqqında məlumatları diqqətə çatdırıb. Festival çərçivəsində aktyor həmçinin yeni festivallara dəvət də alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...