Nigeriya televiziyasında Azərbaycana həsr olunan veriliş yayımlanıb FOTO

Nigeriyanin MİTV kanalının səhər proqramında Azərbaycana həsr olunan veriliş yayımlanıb. SİA-nın məlumatına görə, verilişdə Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının sədri Billurə Bernard iştirak edib.

Proqramda əvvəlcə Azərbaycanın mədəniyyəti, incəsənəti, turizm potensialı haqqında qısa film təqdim edilib.

Billurə Bernard Nigeriya tamaşaçılarına rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə həyata keçirilən layihələr barədə məlumat verib. Bu ilin mart ayında Azərbaycanda səfərdə olmuş nigeriyalı jurnalist Cennifer Gentet ölkəmiz haqqında təəssüratlarını bölüşüb.

Verilişdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi barədə məlumat verilib. Bu münasibətlə Laqosun Muson Musiqi Mərkəzində konsert proqramının keçiriləcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə