Türkiyədə Mübariz İbrahimov haqqında kitab çap olunub FOTO

Türkiyədə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edən kitab çap olunub. SİA-nın məlumatına görə, şair-tərcüməçi Yurtseven Şenin müəllifi olduğu "Mübariz" adlı romanla Mübariz İbrahimovun şərəfli həyat yolu Türkiyəli oxuculara təqdim edilib. "Zengin Yayıncılık" nəşriyyatında çapdan çıxmış kitabın nəşrində məqsəd Mübariz İbrahimovun şücaətini qardaş ölkədə tanıtmaqdır.

"Mübariz" romanı Yurtseven Şenin Azərbaycan haqqında qələmə aldığı ikinci kitabdır. 2017-ci ildə 20 Yanvar faciəsinə həsr olunan "Ferize. Kanlı Yanvar" adlı kitab ərsəyə gətirilib.

Y.Şen, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Zengin Yayıncılık" nəşriyyatı ilə birgə həyata keçirdiyi "Azərbaycan Kitabının Dünyaya Tanıdılması" layihəsi üzrə Türkiyədə çap olunan 10-dan artıq Azərbaycan klassik ədəbiyyatı nümunələrinin tərcüməçisidir.

19 iyun 2018-ci il tarixində Türkiyənin Iğdır şəhərində "Mübariz" romanının təqdimat mərasimi və imza günü keçiriləcək.

Həmçinin yaxın vaxtlarda Bakı şəhərində kitabın təqdimat mərasiminin təşkili planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə