“Oyuq” teatr-studiyasının “Nəğmə çələngi”

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyası iyunun 13-də “Nəğmə çələngi” adlı konsert proqramı təqdim edəcək. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, konsert Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramına həsr olunacaq. Proqrama musiqi ilə yanaşı, repertuardakı müxtəlif tamaşalardan səhnəciklər də daxildir. “Oyuq”çuların mövsümün sonunda hesabat xarakterli bu proqramında balaca tamaşaçılar məşhur nağıl qəhrəmanlarının sərgüzəştlərini izləyə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə