13 saylı Uşaq Musiqi Məktəbi Cümhuriyyətin 100 illiyini qeyd edib FOTOLAR

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı ölkəmizdə silsilə tədbirlər keçirilir. SİA-nın verdiyi məlumata görə, Cümhuriyyətin varisi olan müasir, müstəqil Azərbaycanın hər yerində olduğu kimi mədəniyət, incəsənət ocaqlarında da tədbirlər keçirilir, geniş auditoriyanın iştirakı ilə konsertlər təşkil olunur. Belə tədbirlərdən Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon S.Rüstəmov adına 13 saylı Uşaq Musiqi Məktəbi də geri qalmayıb.

Məktəbin kollektivi Prezident İlham Əliyevin imzaladığı "2018-ci ilin Cümhuriyyət İli elan edilməsi haqqında" sərəncamından sonra bu böyük tədbirə çox ciddi hazırlaşıblar. Artıq məktəbin kollektivinin iştirakı ilə bir neçə tədbir keçirilib. 13 saylı Uşaq Musiqi Məktəbi Cümhuriyyətin 100 illiyinə həsr edilmiş yekun hesabat konsertini Milli Koservatoriyada keçirib. Konsert rəngarəng və tamaşaçı alqışları altında keçib.

Qeyd edək ki, 13 saylı Uşaq Musiqi Məktəbi 1935-ci ildə yaranıb. 1985-ci ildən məktəbə Səid Rüstəmovun adı verilib. Məktəbdə 11 ixtisas (fortepiano, violin, tar, kamança, qarmon, nağara, saz, xanəndə, vokal, qanun, klarnet) tədris olunur.

Məktəbin uğurları isə saymaqla bitməz. Azərbaycanda keçirilən Televiziya Muğam müsabiqəsində məktəbin şagirdi Əhmədli Almaxanım Qran pri mükafatına layiq görülüb. C.Hacıyevin 100 illik yubileyi münasibətilə keçirilən fortepiano müsabiqəsində İsgəndərova İradə II dərəcəli diploma layiq görülüb. Q.Qarayevin 100 illik yubileyi ilə əlaqədar Bakı Musiqi Akademiyasının keçirdiyi V Respublika müsabiqəsində məktəbin şagirdi Soltanlı Aysel diplomant adına layiq görülüb. Q.Qarayevin 100 illiyinə həsr olunmuş simli-nəfəsli və zərb alətləri üzrə Respublika müsabiqəsində III sinif şagirdi Soltanlı Adil III yerə layiq görülüb.

Bu il Fransa və İsveçrədə keçirilən pianoçuların Adilə Əliyeva adına 12-ci Beynəlxalq müsabiqəsində məktəbin I sinif şagirdi Seyfullayeva Məsmə Ramil qızı da iştirak edib. Qeyd edək ki, bu müsabiqə 3 yaş həddində keçirilib. Müsabiqənin fəxri prezidenti bəstəkar drijor, Fransa İnstitutunun fəxri üzvü Loran Petijerar, prezidenti pianoçu, konsert ifaçısı Adilə Əliyeva, fəxri komitənin üzvləri - bəstəkar Radion Şedrin, Tokio, milli Fransa orkestrlərinin baş drijoru Şarl Dütüa, beynəlxalq münsiflər heyyəti, musiqi tənqidçisi və “Amerika record Cuid”nin baş redaktoru (ABŞ) Donald Vron, “Deutseh Cramaphani” səs yazı studyasının art direktoru Suel Filarmonik, orkestrinin artist proqramlarının planlaşdırıcısı (Niderland) Mikayl Fayn, Simfonuk orkestrlər drijoru (Polşa) Boquslav Davedov, musiqi redaktoru və tənqidçisi Helsinki Sonamat (Finlandiya) olub.

Bu möhtəşəm müsabiqədə I sinif şagirdi Seyfullayeva Məsmə bütün jurilərin rəğbətini qazanaraq III yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə