“Azərbaycan Xalq Cümhuriyyəti 100” guşəsi yaradılıb FOTOLAR

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində “Azərbaycan Xalq Cümhuriyyəti 100” adlı guşə yaradılıb. SİA-nın məlumatına görə, tədbir çərçivəsində, həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq fakültəsinin “İncəsənət əsərlərinin bərpası və ekspertizası” ixtisasının III kurs tələbələrinə “Türkləşmək, müasirləşmək və islamlaşmaq” mövzusunda mühazirə oxunub.

Mühazirə zamanı Cümhuriyyətin ideoloji banisi olan Əli bəy Hüseynzadənin şəxsi əşyalarından ibarət təqdimat keçirilib, Əhməd Ağaoğlunun və digərlərinin fəaliyyəti haqqında məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə