“Avropa Şəhərciyi -2018” festivalı keçiriləcək

İyunun 2-də Dənizkənarı Milli Parkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində Avropa mədəniyyəti bayramı - “Avropa Şəhərciyi -2018” festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festival Avropa ilə Azərbaycan arasında mövcud olan çoxillik əməkdaşlıq və tərəfdaşlıq əlaqələri haqqında daha çox məlumat almaq istəyən insanlar üçün ideal fürsət yaradacaq.

Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və Aİ-yə üzv olan 20 ölkənin Bakıdakı səfirliklərinin birgə təşkilatçılığı ilə reallaşacaq. “Caspian Event Organisers” (CEO) şirkətinin dəstəyi ilə təşkil olunacaq festival zəngin və geniş tədbirlər proqramı ilə fərqlənir. Belə ki, “Avropa şəhərciyi”ndə Avropa ölkələrinə virtual turlar, milli və Avropa rəqsləri üzrə dərslər, karaoke musiqisi, səfirliklərin və mədəniyyət mərkəzlərinin nümayəndələri ilə xarici dil məktəbi, kimyəvi və fiziki eksperimentləri ehtiva edən bilik şouları, o cümlədən üz rəsmləri, çələng toxuculuğu üzrə ustad dərsləri, “3D” qələmlə müxtəlif obyektlərin çəkilməsi və bir sıra digər tədbirlər keçiriləcək. Bundan başqa, festivalın qonaqları paella kimi məşhur Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna da şahid olacaqlar. Bu il “Avropa şəhərciyi”nə dəstək verən “Park Cinema” festivalın qonaqları üçün bir sıra maraqlı tədbirlər və hədiyyə biletləri hazırlayıb. Festivalda ilk dəfə olaraq Mədəniyyət Nazirliyi müxtəlif xalq sənət növlərini və kitab sərgisini nümayiş etdirəcək. İçərişəhərdə Ənənəvi İncəsənət Mərkəzi dörd ənənəvi sənətkarlıq növündən (keramika, batika, zərgərlik və ağacda oyma işindən) ibarət milli “Dastan” brendinin kolleksiyasını təqdim edəcək. Bu il öz stendi ilə festivalda iştirak edəcək Azərbaycan Respublikası Gənclər Fondu Avropa şəhərciyinin rəsmi tərəfdaşıdır.

Eyni zamanda, builki festivalda A.N.Ələkbərov adına Azərbaycan Dövlət İncəsənət Gimnaziyası da təmsil olunacaq. Gimnaziyanın şagirdləri festival çərçivəsində gipsdən və gildən müxtəlif fiqurlar hazırlayacaqlar. Bundan başqa, iştirakçılar üçün dulusçuluq işi üzrə ustad dərsləri də təşkil olunacaq. Ənənəvi olaraq, “Avropa şəhərciyi”ndə uşaqlar və böyüklər üçün çoxsaylı viktorina və müsabiqələr keçiriləcək, qaliblərə xüsusi mükafatlar təqdim ediləcək. “Avropa şəhərciyi” qonaqlar üçün gecə saatlarına qədər açıq olacaq və tədbir xüsusi dəvət edilmiş yerli və xarici ulduzların iştirak edəcəyi möhtəşəm konsert proqramı ilə başa çataca

Bütün xəbərlər Facebook səhifəmizdə