“Azərbaycan Xalq Cümhuriyyəti İli”

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamı dövlətçilik tariximizdə çox mühüm yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixinin öyrənilməsi və onun nailiyyətlərinin gənc nəslə çatdırılması istiqamətində məsul vəzifələr qoyub. SİA-nın məlumatına görə, dövlətimizin başçısının 2018-ci il 10 yanvar tarixli digər Sərəncamına əsasən, cari ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması bu yubileyə dövlət səviyyəsində çox böyük önəm verilməsinin bariz göstəricisi, tariximizə, keçmişimizə böyük ehtiramın təcəssümüdür.

ATMU-da keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. AXC-nin 100 illiyi münasibətilə “İdarəetmədə multikurtural dəyərlər”mövzusunda 3-cü Respublika elmi konfransının iştirakçılarını salamlayan Azərbaycan Turizm və Menecment Universitetinin Elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov qeyd edib ki, müsəlman Şərqində ilk demokratik respublika olan AXC ötən əsrin ikinci onilliyində dünya miqyasında baş verən mürəkkəb ictimai-siyasi hadisələr fonunda yaradılıb. Yeni təşəkkül tapan gənc respublikada demokratik prinsiplər əsas götürülüb, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq bərabərliyi təmin olunub. Qadınlara kişilərlə bərabər seçki hüququ verilib, irqi, milli, dini bərabərsizliklər ləğv edilib. Ana dilinə dövlət dili statusu verilib, xalq maarifinin və mədəniyyətin digər sahələrinin inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın ilk müasir universiteti təsis olunub, təhsil milliləşdirilib. Qonşu respublikalarla sərhədlərin müəyyənləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Ulu Öndər 1997-ci il mayın 27-də Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təşkil edilən təntənəli yığıncaqdakı nitqində deyib: “Bu respublikanın yaranması və az müddətdə olsa da yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyi əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır”. Tarixən o qədər də uzun olmayan bir müddət –cəmi 23 ay mövcudluğuna baxmayaraq AXC çox böyük və taleyüklü problemləri həll etməyə müvəffəq olub.

Azərbaycan Turizm və Menecment Universitetinin tədbirlər planında qeyd edildiyi kimi ali təhsil müəsisəsində AXC-nin 100 illiyinin layiqincə qeyd edilməsi istiqamətində silsilə görüş və yığıncaqlar təşkil olunur.Universitetin prorektoru A.Eminov diqqətə çatdırıb ki, bu gün ”İdarəetmədə multikultural dəyərlər”mövzusunda 3-cü Respublika elmi konfransı öz

işinə başlamazdan əvvəl AXC-nin100 illiyi münasibətilə keçirilən yazı müsabiqəsinin qaliblərinə ATMU-nun sertifikatları təqdim olunacaq. Bu bir faktdır ki, dövlət yalnız ağıllı, bacarıqlı, yüksək səviyyədə elmi biliklərə əsaslanan və idarəetmə qabiliyyətinə malik insanlarının fəaliyyəti nəticəsində inkişaf edə, yüksək naliyyətlər qazana bilərik. Müsabiqə qaliblərinə sertifikatlar təqdim olunduqdan sonra ATMU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Nəsrullah Nəsirli tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, müasir dövrdə ölkədə ali təhsil sahəsində islahatların əsas istiqamətlərinə ali təhsilin məzmunu ilə tələb olunan biliklər arasındakı uyğunsuzluğun aradan qaldırılması, idarəetmə sahəsi üçün kadr hazırlığı strukturunun əmək bazarının tələbatına uyğunlaşdırılması, ali məktəblərin bütun sahələrini əhatə edən kadr potensialının müasir tələblər səviyyəsinə qaldırılması üçün tədbirlərin görülməsi, ölkənin ali məktəbləri ilə dünyanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri daxildir. Fikrimizcə, elm və təhsilin inteqrasiyasını təmin etmək üçün ali təhsil müəssisələrinin nəzdində elmi-tədqiqat institutlarının, iri laboratoriyaların, konsaltinq və mühəndislik xidmətləri göstərən bölmələrin yaradılması məqsədəuyğundur.

Ciddi problemlərin aradan qaldırılması məqsədilə qəbul olunmuş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyasından, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulmasından, cəlbedici və rəqabət qabiliyyətliliyinin təmin edilməsindən, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsindən, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılmasından, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasından ibarətdir.

N.Nəsirli daha sonra bildirdi ki, konfransın keçirilməsində əsas məqsəd idarəetmə metodlarının multikultural dəyərlər səviyyəsində işlənib hazırlanması, çoxdinli və müxtəlif inanclara malik çoxmillətli ölkə və cəmiyyətlərdə uğurla tətbiq edilməsinə nail olmaqdır. Qeyd etmək lazımdır ki,”İdarəetmədə multikultural dəyərlər”mövzusunda 3-cü Respublika elmi konfransına ölkəmizin müxtəlif ali məktəblərində çalışan tədqiqatçılar tərəfindən 26 məruzə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə