"Azərbaycanın iqtisadi siyasətinin müasir inkişaf istiqamətləri” FOTOLAR

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətovun imzaladığı tədbirlər planına uyğun olaraq “Biznes idarəçiliyi fakultəsi” İqtisadiyyat kafedrasının əməkdaşlarının təşkilatçılığı ilə “Azərbaycanın iqtisadi siyasətinin müasir inkişaf istiqamətləri” mövzusunda tədbir keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə Universitetin Elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov, adıçəkilən fakültənin dekanı Anar Mirzəyev, kafedra müdüri Vüqar Nəzərov, professor, müəllim və tələbə heyəti iştirak ediblər.

Yubiley tədbirini giriş sözü ilə Universitetin prorektoru Anar Eminov açaraq cümhuriyyətin yaranması və onun fəaliyyətinin xalqın dövlətçilik ənənələrinin bərpasında və milli mənlik şüurunun formalaşmasında təkzibedilməz rolundan danışıb.

Qeyd olunub ki, həmin dövrdə ölkə həyatının bir çox sahələrində, o cümlədən müstəqil demokratik dövlət, milli mədəniyyət, milli təhsil, ordu quruculuğu, həmçinin ölkənin sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətlərində mühüm addımlar atılıb və əsaslı nəticələr əldə edilib. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın çiçəklənməsində və inkişafındakı böyük rolundan söz açan A.Eminov ölkə başçısı cənab İlham Əliyevin düşünülmüş uzaqgörən siyasəti sayəsində davamlı və dayanıqlı iqtisadi inkişaf tendensiyalı uğurlarından detallı söz açıb. ATMU-nun mətbuat xidmətnin məlumatında bildirilir ki, bu gün universitetdə Tələbə Gənclər Təşkilatının dəstəyi ilə AXC-nin 100 illiyinə həsr olunan musiqilli- ədəbi tədbir keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə