“Leyli və Məcnun” operasının səhnəyə qoyulmasının 110 illiyi qeyd olunub FOTOLAR

Marionet Teatrında “Leyli və Məcnun” operasının səhnəyə qoyulmasının 110 illiyi qeyd olunub. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SİA-ya bildirilib ki, tamaşanın nümayişi Marionet Teatrının bədii rəhbəri və direktoru Tərlan Qorçu tərəfindən təşkil edilib.

Tədbirdə Əməkdar İncəsənət Xadimi İlham Rəhimli, Xalq Artisti Mənsum İbrahimov, Əməkdar Artist Salman Qənbərov, Ceyran Mahmudova, Kamil Dadaşzadə, Raya Abbasova və başqaları iştirak ediblər.

Çıxış edənlər ilk Azərbaycan operasının yaranma və inkişafı tarixindən, teatr sənətinin inkişafında oynadığı roldan danışıblar.

İslam dünyasında ilk opera hesab olunan bu əsər ilk dəfə 1908-ci ildə Hacı Zeynalabdin Tağıyevin teatrında səhnəyə qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə