25 saylı 11 illik musiqi məktəbi hesabat konserti təqdim edib FOTOLAR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbi Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirib. SİA-nın məlumatına görə, konsertdə Baş İdarənin rəisi Vuqar Zeynalov, Bəstəkarlar İttifaqının katibi Zenfira Qafarova, Musiqi Akademiyasının professorları Ceyhun Allahverdiyev, Vasif Allahverdiyev, Bakı şəhər uşaq incəsənət və musiqi məktəblərinin direktorları və məktəbin kollektivi iştirak ediblər.

Konsert T.Cəbrayılovun “Ey Vətən”və P.Bülbüloğlunun “Bənövşələr” mahnılarının məktəbin xor kollektivinin ifası ilə başlayıb.

Məktəbin şagirdlərinin ifasında F.Əmirov “Məhəbbət rəqsi”, C.Cahangirov “Rondo”, T.Quliyev “Qaytağı”, İ.Poxelbel “Kanon”, Karlos Kardel “Tanqo”, Debussi “Ay işığı”, Poskual Marquio Norro “Espana Coni” kimi kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda şagirdlər S.Ələsgərov “Vals” – “Ulduz” kino filmindən Məhəmməd və Züleyxanın duetini, Ü.Hacıbəyov “Müqəddimə” - Arşın mal alan Musiqi komediyasından Telli və Vəlinin duetini ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə