Rejissorumuzun filmi “Qızıl çinar” mükafatına layiq görülüb

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən “Gənc sinemaçılar klubu”nun üzvü, rejissor Ərturan Nəcəfi Gölün “Səs” filmi Türkiyədə keçirilən 6-cı Kayseri Beynəlxalq film festivalında “Qızıl çinar” - ən yaxşı qısametrajlı film mükafatına layiq görülüb.

Kinostudiyadan SİA-ya bildirilib ki, filmin rejissor və ssenaristi Ərturan Nəcəfi Göl, operatoru Mehdi Meyməndi, prodüseri Fariz Əhmədovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə