ATMU-nin əməkdaşlarının məqaləsi aparıcı beynəlxalq elmi jurnalda

Azərbayca Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov dünya elminə inteqrasiyanın əsas hədəfi olan gənc tədqiqatçılar və doktorantların digər ali təhsil müəssisələri ilə birgə tədqiqatlarının təşkili və aparılmasında onlara kömək göstərilməsi, yazılan dissertasiyaların keyfiyyəti, elmi məqalələrin praktik əhəmiyyəti və nüfuzlu beynəlxalq jurnallarda çapı kimi məsələləri diqqətdə saxlayır. SİA-nın məlumatına görə, bu yönümdə aparılan silsilə tədbirlər Azərbaycan Turizm və Menecment Universitetinin elmi tədqiqat yönümlü universitetə çevrilməkdə iddialı olan ali təhsil müəssisələrinin sırasında aparıcı mövqelərdə qərarlaşması missiyasından irəli gəlir.

Bu istiqamətdə aparılan işlər çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin Elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov və Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyevin Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov və Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru Yadulla Həsənli ilə birgə ərsəyə gətirdiyi elmi araşdırmaları məqalə formatında beynəlxalq aləmdə aparıcı jurnalda nəşr edilib. Birgə əməkdaşlıq nəticəsində işlənib hazırlanmış “The Role of Education in Organization and Development of Economics in Azerbaijan” adlı elmi məqalə nüfuzlu elmi jurnalda- Academic Journal of Economic Studies (Volume 4, Issue 2 (June, 2018)) son sayında nəşr olunub.

Qeyd etmək lazımdır ki, Rumıniyanın Buxarest şəhərindəki “Dimitrie Cantemir” Universiteti Maliyyə Bank Muhasibatlıq Fakültəsinin beynəlxalq elmi jurnalı olan Academic Journal of Economic Studies RePEc (IDEAS, EconPapers), Germany EBSCO Host, USA DOAJ (Directory of Open Access Journals), Sweden CEEOL (Central and Eastern European Online Library), bazalarında indekslənir. Germany bazalarda indexlenen jurnalın RePEc impact faktoru 0.031-dir. Eyni zamanda bu jurnal 20 yaxın databazada indekslənir.

Bütün xəbərlər Facebook səhifəmizdə