Əl-Küveytdə konsert proqramı təqdim olunub

Azərbaycanın Küveytdəki səfirliyi və bu ölkənin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının birgə təşkilatçılığı ilə paytaxt Əl-Küveytdə konsert proqramı təqdim olunub. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilən konsertdə Azərbaycan Dövlət Musiqili Teatrının solisti, gənc aktrisa Aydan Həsənova bir-birindən parlaq ifalarla çıxış edib.

Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, Xalq Artisti, görkəmli pianoçu, professor Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” kollektivinin müşayiəti və Xalq Artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə gerçəkləşən konsertdə A.Həsənova Niyazinin “Arzu”, Tofiq Quliyevin “Əziz dost” mahnılarını səsləndirib.

Qeyd edək ki, gənc solist beynəlxalq müsabiqə və festivallarda dəfələrlə uğurla çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə